Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2014

Məşhur futbolçu azarkeşi namaza oyandırır

Türkiyənin “Beşiktaş” klubunun seneqallı legioneri Demba Ba komandasının azarkeşini sübh namazına oyandırır. Azarkeş bu xahişlə ulduz futbolçuya sosial şəbəkədə müraciət edib. Türkiyəli azarkeş tvitterdə yazdığı mesajda, əgər mənə zəng vursan, namaz qılacağam – deyib:

“Ey Demba! Mənə yardım edərsən? Sübh namazını qılmağa duranda məni də oyandır. Əgər mənə zəng vursan namaz qılacağam”.

Məşhur legionerin bu mesaja cavabı müsbət olub:

“Mənə telefon nömrəni yolla!”

Qeyd edək ki, daha əvvəl verdiyi müsahibələrdə, Türkiyədə ən çox məscidlərdə gündə 3 dəfə oxunan azanı sevdiyini deyən Demba Ba, gündə 3 dəfə azan səsini eşitdiyi halda namaz qılmağa getməyən müsəlmanlara çox təəccübləndiyini bildirmişdi.
961 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber