Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2014

Boko Haram 50 nəfərin başını kəsdi

Nigeriyanın şimalında terrorçuların həyata keçirdiyi növbəti hücum nəticəsində onlarla adam həlak olub.

Çad gölü yaxınlığında həyata keçirilmiş hücum zamanı göl sahilində balıq satışı ilə məşğul olan 50-dək adam ödürülüb.

Yerli sakinlərin ifadələrinə əsasən, terrorçular əvvəlcə yolu bağlayıblar, sonra onlarla adamın boğazını kəsib, qalanlarını isə əl-qolunu bağlayaraq gölə atıblar.

Son bir neçə gün ərzində bu, Borno ştatında sayca ikinci irimiqyaslı hücumdur.
Qətliamın 4 yaraqlının güllələnməsinə cavab olaraq "Boko Haramın" qisas aksiyası olduğu ehtimal edilir.
891 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber