Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2014

Misir Fələstinə ordu göndərəcək - Əbdül Fəttah Sisi

Misir prezidenti Əbdül Fəttah Sisis gələcək Fələstin dövlətinin stabilliyini təmin etmək üçün bu ölkəyə ordu göndəriləcəyini bəyan edib.

İnterAz-ın "əl-Ərəbiyyə"-yə istinadən məlumatına görə, bu barədə Misir prezidenti dünən İtaliya qəzetlərindən birinə müsahibəsi zamanı bildirib.

Bildirək ki, bu gün Avropaya rəsmi səfər turuna çıxan general Sisi İtaliyanın " Corriere della Sera " qəzetinə geniş müsahibə verib. Onun rəsmi səfər çərçivəsində Fransa və İtaliyada olacağı, eləcə də, papa Fransislə görüşəcəyi bildirilir.

Misir prezidenti qəzetə müsahibəsində bildirib ki, İsrail və Fələstin hökumətlərinin razılığı ilə gələcəkdə qurulacaq Fələstin dövlətinin stabilliyini qorumaq üçün bu ölkəyə hərbi qüvvə göndərilməsi nəzərdə tutulur:"Biz Fələstin dövlətinə hərbi qüvvə göndərməyə hazırıq. Biz yerli polisə yardım edəcəyik, təhlükəsizliyin qarantı kimi israillilərə zəmanət verəcəyik. Əlbəttə, uzun müddət qalmayacağıq, yalnız qarşılıqlı stabillik mühitinin yaranmasına qədər. Amma bunun üçün ilk öncə Fələstin dövləti mövcud olmalıdır."

General Sisi qeyd edib ki, o, bu ideyanı İsrail baş naziri Benyamin Netanyahu və Fələstin muxtariyyətinin lideri Mahmud Abbasla müzakirə edib.
1016 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber