Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2014

Qətllər və soyğunçuluq törədən 4 azərbaycanlı quldur tutuldu

Rusiya DİN-in Baş Cinayət-Axtarış İdarəsinin əməliyyat qrupu Moskva vilayətində mütəşəkkil cinayətkar qruplaşma şəklində fəaliyyət göstərən 4 azərbaycanlını həbs edib.

Onların 30-34 yaşlarında olduğu bildirilir.

Qruplaşma üzvləri Rusiyanın müxtəlif regionlarında çoxsaylı ağır cinayətlər törədiblər. İki il ərzində onlar Moskva ətrafında azı 4 quldur hücumu həyata keçiriblər, ofislərə, evlərə hücum ediblər.

2013-cü ildə cinayətkarlar Kalujsk vilayətində azərbaycanlı biznesmeni öldürüblər. Moskva ətrafındakı Mıtişşa şəhərində başqa azərbaycanlıya qarşı isə reketlik ediblər.

Həbs olunanlara qarşı qətl, quldurluq və reketçilik maddələri üzrə ittiham elan olunub. Hüquq-mühafizə orqanları bandanın törətdiyi başqa cinayətləri aşkara çıxarmağa çalışır./virtualaz/
905 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21