Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Əgər bir kəs şərab içmir, amma şərab içənə digər işlərində kömək edirsə, bunun hökmü nədir?
Ad: Zəhra Aşiqi, Ölkə: Müctəhid: .....

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Əgər bu onun günah və fasadına kömək edirsə, haramdır.
Bir maraqlı hekayə ilə şərab içənə kömək etməyin ağırlığını çatdırmaq istərdik:
Şərab içənlərə kömək etməyin aqibəti

Günlərin birində həzrət İsa (ə) bir qəbrin yanından keçirdi. Qəbirdən od qalxdığını gördü. Allahdan istədi ki, qəbir sahibini diriltsin. Elə ki, dirildi, onun boynu və ayaqlarında oddan zəncirlər olan bir qadın olduğunu gördü. Həzrət İsa (ə) ondan soruşdu: Dünyada nə günah etmisən ki, belə əzaba düçar olmusan? Qadın dedi: Günahım bu olub ki, bir gün qonşunun evinə getdim. Evdə bir dəstə adam toplaşıb şərab içirdilər. Qonşunun arvadı onlara çörək bişirirdi. Onun uşağı ağlayırdı. O uşağı mənə verdi ki, ona süd verim. Uşağa süd verdikdən sonra çörək bişirməsinə də kömək etdim. Həmin köməyə görə də bu əzaba düçar olmuşam və 70 ildir ki, mənim qəbrimdən od çıxır.

http://sual.nur-az.com/az/
1057 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:07