Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2014

Sumqayıtı su basıb

İnşaatçılar qəsəbəsində evlər və həyətyanı sahələr su altında qalıb

Sumqayıt şəhərində evləri su basıb. Bu barədə sakinlər şikayət ediblər. Sakinlərin sözlərinə görə, dünəndən bəri güclü yağış yağması nəticəsində İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsində evlərin həyətləri su ilə dolub. “Evdən həyətə çıxa bilmirik. İş o yerə çatıb ki, su evlərə də dolur. İcra Hakimiyyətinə də demişik, gəlib baxıb, çıxıb gediblər. Heç bir tədbir görülmür”, - deyə Elmar Salamov adlı şikayətçi bildirib.

Məsələ ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumun Sosial-iqtisadi məsələlər üzrə müavi Sahib Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, problem araşdırılacaq. “İndi hadisə yerinə işçi göndərirəm. Problem tezliklə aradan qaldırılacaq”, - deyə Sahib Quliyev bildirib./ans/
773 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP