Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2014

Güllə gözündən girib ağzında dayandı

Masallıda ov zamanı bədbəxt hadisə baş verib

Masallı rayonu Xırmandalı kəndində bədbəxt hadisə baş verib. Kənd sakini 1977-ci il təvəllüdlü Kərimov Qaraş Əlisəfa oğlu ov tüfəngi ilə ov ovlamağa gedib.

Kənd sakini ov zamanı tüfənglə ehtiyatsız davrandığı üçün yaralanıb. Masallı rayon Mərkəzi xəstəxanasının cərrahı Faiq Əliyev bildirib ki, tüfəngin patronu gözün alt tərəfindən daxil olub ağız hissəsinə qədər gəlib.

Onun sözlərinə görə Xəstə Masallı rayon Mərkəzi xəstəxanasında müayinə olunub. Patronun yarada olması rentgen müayinəsi ilə də müəyyən olunub. Xəstəxanaya Respublika Klinik Xəstəxanasından həkimlər dəvət olunub.

Xəstənin Bakıda əməliyyat olunması məsləhət görülüb və yola salınıb. Onu da qeyd edək ki, xəstənin hazırkı vəziyyəti orta-ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır./ans/
936 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29