Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2014

Restoran sahibini 4 maskalı güllələyib

Bu gün Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Noyabrın 24-də saat 05.00 radələrində Qəbələ şəhər Mirzə Ələkbər Sabir küçəsində 1967-ci il təvəllüdlü Vahid Rəşid oğlu Vahabov özünə məxsus mənzildə qətlə yetirilib. O, naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla öldürülüb.

Hazırda qətlin səbəbi və hadisəni törədənlərin tapılması istiqamətində araşdırma aparılır.

Qəbələdən verilən məlumata görə, qətlə yetirilən Vahid Vahabov Qəbələdəki məşhur "Orman" restoranının sahibidir.

Onun gecəyarı maskalı şəxslər tərəfindən qətlə yetirildiyi iddia olunur. Məlumatda vurğulanır ki, qanlı olay Qəbələdə ciddi rezonans doğurub. /apa/
974 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 23:39