Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2014

Çoban eşşəyi ilə birgə minaya düşdü

Hərbi poliqon ərazisinə təsadüfən girən çoban uzunqulağı ilə birgə minaya düşüb.

Hadisə Pereküşkül qəsəbəsindəki hərbi poliqon ərazisində baş verib.

Qubanın Qarxun kənd sakini 1991-ci il təvəllüdlü Saleh Zahid oğlu Mərdanov qoyunlarını otararkən, Peperküşkül ərazisindəki Xancan qışlağından hərbi poliqonun ərazisinə daxil olub və minaya düşüb. Uzunqulağın belində olan gənc ağır xəsarət alıb, eşşəyi isə ölüb.

Kliniki Tibbi Mərkəzə yerləşdirilən gəncin ayaqları amputasiya olunub./axar/
987 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber