Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2014

“Bəsic” rəisi: “Neft borularımızı bağlamaqla onları iflic vəziyyətə sala bilərik”

İran İnqilab Keşikçiləri Korpusunun (“SEPAH”) nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının rəisi Məhəmmədrza Nəqdi ölkəyə qoyulan sanksiyalardan danışıb.

Noyabrın 24-də jurnalistlərə açıqlama verən Nəqdi deyib ki, Qərbin İrana qarşı sanksiyaları təsirsiz olub.

ABŞ-ın İrandan qorxduğunu söyləyən “Bəsic” təşkilatının rəisi bildirib ki, bu qorxu ABŞ-ın siyasi və hərbi qüvvələrinin davranışında, eləcə də İranla aparılan nüvə danışıqlarında duyulur: “Bu gün İranın neft və qaz sənayesinin böyük bir qismi dini lider əsgərlərinin nəzarətindədir. Kimlərinsə sanksiya qoyub-qoymamağı bizim üçün əhəmiyyət daşımır. Razılaşmırlarsa cəhənnəmə razılaşmasınlar, cəhənnəmə sanksiya qoysunlar.

Bizim neftimizi verib yerinə avadanlıq və digər mallar almağa ehtiyacımız yoxdur. Sanksiyanı onlar bizə yox, biz onlara qoya bilərik. Biz sadəcə olaraq neft borularımızın kranını bağlamaqla onları iflic vəziyyətə sala bilərik”./mediaforum/
917 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17
“Qul bazarı