Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2014

Əfqanıstanda terror: 6 ölü, 5 yaralı

Əfqanıstanın Gündüz əyalətində terror aktı törədilib.

İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, nəticədə 6 nəfər ölüb, azı 5 nəfər yaralanıb.

Məlumata əsasən, motosikletdə quraşdırılmış partlayıcı maddə bazarda, əhalinin sıx olduğu yerdə işə salınıb. Zərərçəkənlərin hamısı dinc sakinlər, əksəriyyəti isə qadınlar olub. Partlayışa görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, Əfqanıstanda son iki sutka ərzində bir neçə irimiqyaslı terror aktı baş verib. Belə ki, noyabrın 23-də Paktika əyalətində voleybol yarışları zamanı törədilən partlayışda 50 nəfər ölüb, 60-dan çoxu yaralanıb. Paytaxt Kabildə isə NATO-nun 2 hərbi qulluqçusu terrorçuların qurbanı olub./apa/
780 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 10:54
Bakıda yaşay