Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2014

ABŞ polisi daha bir qaradərili oğlanın həyatına son qoyub

Amerika Birləşmiş Ştatları (ABŞ) polisi daha bir qaradərili oğlanı güllələyərək öldürüb.

ABŞ-da Ferqüsondakı hadisə ilə əlaqədar mübahisələrin davam etdiyi bir vaxtda polislərdən biri bu dəfə Klivenddə əlində oyuncaq tapança olan 12 yaşlı qaradərili uşağı vuraraq öldürüb.

“Park yaxınlığında bir uşağın əli silahlı olması ilə bağlı bizə xəbərdarlıq gəldi. Onun ətrafdakıları qorxutduğu deyildi” – deyə polis sözçüsü ed Tomba bildirib.

Temir Rays adlı uşağı görən polislər əllərini yuxarı qaldırmağı söyləyib və daha sonra uşağın silahı hərəkət etdirməsini görən polislər iki dəfə ona atəş açıblar.

Uşağa atəş açan polisin müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırıldığı bildirilir.

Polislərin dinc sakinlərə qarşı belə davranmasını etirazla qarşılayan bir qrup yenidən Ferqüsonda aksiyalar keçirib. Onlardan bir neçəsi saxlanılıb.

Qeyd edək ki, bu il avqustun 9-da Missuri ştatının Ferqüson şəhərində Darren Uilson adlı polisin qaradərili gənc Maykl Braunu vuraraq öldürməsindən sonra ölkənin müxtəlif şəhərlərində aksiyalar keçirilir. Bu gün həmin polis haqqında məhkəmə yekun qərarını verəcək.
828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 08:07