Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2014

ABŞ-da yeniyetməni güllələyən polis günahsız sayıldı

ABŞ-ın Missuri ştatının Andlılar Məhkəməsi avqustda Ferqüson şəhərində qaradərili yeniyetməni güllələyən polis əməkdaşı Darren Uilsonu günahsız sayıb.

Missuri ştatının qubernatoru Cey Nikson 18 yaşlı afroamerikalı Maykl Braunun qətli ilə bağlı məhkəmə qərarının elan olunması ərəfəsində şəhərdə fövqəladə vəziyyət elan edib.

Öz növbəsində, Ferqüson şəhərinin polis rəisi M.Braunun ailəsindən və bütün afroamerikalılardan üzr istəyib. Hökumətin Missuridə iğtişaşların yeni dalğasının baş qaldırmasından ehtiyat etdiyi bildirilir.

Xatırladaq ki, Maykl Braun avqustun 9-da Fergüson şəhərində polisin tələbinə tabe olmadığına görə qətlə yetirilmişdi. İnsidentdən sonra şəhərdə kütləvi iğtişaşlar, polis ilə etirazçılar arasında toqquşmalar baş vermişdi.
902 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 12:04