Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2014

Məcburi köçkün özünü yandırmaq istədi

Bu gün səbrini basa bilməyən məcburi köçkün ailəsi Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin qarşısına gələrək həyəcanlı anlar yaşadıb. Belə ki, Məlikovlar ailəsinin xanımı özünü yandırmaq istəyib. Amma o, bu istəyinə nail olmayıb. Bəs onlara kömək əli uzadan olubmu?

Bir əlində benzin, bir əlində kibrit özünü yandıracağını deyən Nəcibə Məlikova əslən Ağdamdan olan məcburi köçkündür. Onu Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin qarşısına gətirən səbəbsə 4 nəfərlik ailəylə kirayə qaldığı evdən çıxarılmasıdır. Deyir ki, imkansızlıqdan son iki ayın kirayə haqqını ödəyə bilməyiblər, belə olan təqdirdə isə ev sahibi onları küçəyə atıb. Bu səbəbdən soyuğun iliyə işlədiyi bir vaxtda körpə uşaq, hamilə gəlini və vərəm xəstəsi olan oğlu ilə küçədə qalıb. Ona görə də komitə tərəfindən hələ bir neçə ay bundan əvvəl onlara vəd verilən mənzili tələb edirlər.

“Bizi aldatdılar ki, avqust ayına kimi ev veriləcək. Amma avqustda ev verilmədi. İndi isə qalmışıq belə. Hər gün bura gəlirəm. 100 manat pensiya alıram. Bu günə kimi aldığı pensiyam ilə 1 kq ət alıb yeyə bilmirəm” – deyə şikayətçi Nəcibə Məlikova bildirib.


905 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP