Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2014

Göstərilməyən xidmətə görə pul yığılır

Qış qapının ağzını kəssə də, müvafiq xidmət qurumlarının qışa hazır olmadığı üzə çıxıb. Özəlliklə “Azəristiliktəchizat” binaların qızdırılmasında çətinlik çəkir.

Gerçəkdə bu çətinliyi elə yerli icra qurumlarının sözügedən xidmət qurumu ilə birgə yaratması şübhə doğurmur. Fikir verin, “JEK”lər, MTK-lar sakinlərdən 300-500 manat arası pul yığıb istilik adı ilə mənimsəyir, amma istiliyin verilməməsinə görə heç bir məsuliyyət daşımadıqlarını bildirirlər. Istilik xidməti isə yalan hesabatlarla mənzilləri qızdırılmayan istilik xətləri ilə təmin etdiklərini deyib, göstərilməyən xidmətə görə pul tələb edirlər. Bəs istiliyin verilməməsinin nədəni nədir? Heç demə, istilik xətləri düzgün birləşdirilməyib. Nizami rayonundakı 67-71 saylı kooperativ binalar 5 ildir istilik xətləri düzgün birləşdirmədiyindən mənzillər qızmır. 4 saylı istilik idarəsi və MTK isə yığdığı puldan cüzi məbləğ ayırıb xətləri qaydaya salmırlar. Nəsimi rayonunda, 3-cü mikrorayon və s. ərazilərdə də bu problem üzündən evlər qızdırılmır. Bundan isə daha çox uşaqlı ailələr ziyan çəkir. Axı elektrik enerjisi ilə otaqların qızdırılması aylıq 100 manatı da keçir. Baxın, aylıq sosial müavinəti 67 manat olan 1-ci qrup əlil donub ölməmək üçün “başından yuxarı” tullanmalıdır. Elə hökumət də aztəminatlı ailələrə “tullanmağı” məsləhət bilir.

Əlil ailələri onlara verilən sosial xarakterli binalardan da xidmət qurumlarının xidmətdən imtina etmələri nədənindən yararlana bilmirlər. Işıq və qaz idarələrindən başqa digər qurumlar onlara texniki şərt və sayğac verilməsinə “texniki imkan” tapmır. NK-nın tikinti(??) şöbəsi (telefon 4922560) isə maraqlı təkliflə çıxış edərək, əlillərə vedrə ilə su daşımağı, istiliyə isə ehtiyac olmadığından soyuqda donmağı təklif edib. Belə çıxır, vətəndaşlar qeyri-yaşayış binalarında işıq əvəzinə şamdan yararlanmalıdır? Qəribə məntiqdir, texniki şərti və s.-ni “Əlillərin sosial müdafiəsi haqqında” qanunun 31-ci maddəsinə əsasən əlillərə pulsuz verməli olan xidmət qurumları nəinki qanunun tələbinə əməl edir, əksinə, ümumiyyətlə, xidmətdən çeşidli bəhanələrlə imtina edir. Nökumət rəsmisi isə “dədə-baba” metodlarını təklif edir. Elə bil, neft milyardları ölkəsində yaşamırıq.../azadlıq/
888 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31