Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2013

Avropa zonası üzrə pley-off oyunları keçirilib

DÇ-2014: Ukrayna Fransaya, Poruqaliya isə İsveçə qalib gəlib
Bu gün DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonası üzrə pley-off oyunları keçirilib. Apaspor-un verdiyi məlumata görə, Braziliyada keçiriləcək mundiala qatılmaq üçün mübarizəni davam etdirən 8 komanda ilk oyunlarına çıxıb.

Avropanın son 4 təmsilçisi olmaq iddiasında olanlar seçmə mərhələdə qrupda 2-ci yeri tutanlardır. Günün ən maraqlı qarşılaşması Portuqaliya ilə İsveç arasında olub. Planetin ən güclü futbolçularından olan Kriştianu Ronaldo ilə Zlatan İbrahimoviç Pireney yarımadasında üz-üzə gəlib. Bu qarşılaşmada portuqaliyalılar minimal hesabla sevinib.

Frank Riberili Fransa yığması isə Ukrayna qarşısına çıxıb. Oyuna istədikləri kimi başlaya bilməyən qonaqlar məğlubiyyətlə üzləşib.

Yunanıstan – Rumıniya 3:1
Mitroqlu, 14, 67, Salpinqidis, 21 - Stanku, 19

Portuqaliya – İsveç 1:0
Ronaldo, 82

Ukrayna – Fransa 2:0
Fedetskiy, 70, Yarmolenko, 82

İslandiya – Xorvatiya 0:0
1944 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:37