Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2014

İstanbuldan Yerevana gizli uçuşlar həyata keçirilir

Son günlər Türkiyə - Ermənistan münasibətlərinin istiləşməsi bu iki ölkədə olduğu kimi Azərbaycanda da yaxından izlənilir.

Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni əsilli jurnalist Etyen Mahçupyanı özünə baş müşaviri təyin etməsi, ardınca Ankara Universitetində reallaşan “Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi” konfransını bəzi ekspertlər bu iki ölkə arasındakı diplomatik münasibətlərin normallaşması isitqamətində atılan addım kimi dəyərləndirir.

Bu günlərdə bir qrup jurnalist Türkiyədən Ermənistana reportaj hazırlamaq məqsədilə səfər edib. Ən maraqlısı isə odur ki, onların bu səfəri İstanbul Atatürk hava limanından birbaşa reyslə həyata keçirilib.

Məsələylə bağlı kiçik araşdırma apardıq və məlum oldu ki, İstanbuldan Yerevana uçuş həyata keçirən şirkət "AtlasJet" imiş. Uçuş hər həftənin bazar günü axşam saatlarında həyata keçirilir.
840 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39
A