Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2014

Husi döyüşçüləri Yəmən ordusuna çevriləcək

Yəmən prezidenti Abdu-Rabbih Mansur Hadi husi şiələrinə məxsus hərbi briqadaların ölkədə ordu və təhlükəsizlik qüvvələri tərkibinə qatılacağı barədə çıxış edib.

İnterAz-ın "əl-cəzirə"-yə istinadla verdiyi xəbərə görə, Yəmən hökuməti inqilabçı husilərin ordu və təhlükəsizlik qüvvələri sıralarına qatılması üçün müvafiq komissiyaların yaradılmasını nəzərdə tutub.

Qeyd edək ki, Yəmən husiləri (zeydi şiələri) sentyabr ayında əl-Əmran əyaləti və paytaxt Sənanı nəzarətə alıblar. Bundan sonra ölkənin Qırmızı dəniz sahilindəki bir əyalətini və cənubda daha bir əyaləti nəzarətə götürə biliblər. Xüsusilə də, husilərin Yəmənin mərkəz hissələrində "əl-Qaidə" terror təşkilatına qarşı uğurlu hərbi əməliyyatları onların ölkə ordusunun əsas tərkib hissəsi kimi qələmə verilməsini zəruri edib.
943 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:2