Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Haram pul ilə su alıb qüsl eləmək olarmı? Yaxud haram pulla saunaya getdikdə orda qüsl eləmək düzgündürmü?
Ad: Turqut, Ölkə: Müctəhid:

Cavab:

Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində qüsl batildir. Hamam pulunu haram və ya xümsü verilməmiş puldan ödəməkdə qüslü batil edir.
Rüşvət pulu ilə qüsl!

"Kəramətus-salihin" kitabında gəlib:

Şah zamanında polis işçilərindən biri öz əməlindən tövbə edib, azad işlə məşğul olurdu. Onun dövlət işindən uzaqlaşmasının səbəbini soruşdum. Dedi: Həzrət Ayətullah Mərəşi Nəcəfinin bəsirət və agahlığı bu işə səbəb oldu. Bir gecə saat 24-dən səhər saat 8-ə kimi İrəm prospektinə nəzarət edirdim. Qüslüm var idi. Hamama getmək üçün isə pulum yox idi. Təqribən saat iki olardı, İsfahandan bir maşın gəldi və hərəmin qarşısında dayandı. Sərnişinlər düşəndən sonra mən ona yaxınlaşıb dedim: Maşını niyə burda saxladın? Sürücülük vəsiqəni ver.

Sürücü beş tümən mənim ovcuma qoydu. Mən də ona burdan tez tez getməsini istədim. Sonra öz-özümə fikirləşdim ki, "hamamın pulu düzəldi".

Sübhün olmasını gözləyirdim ki, gedib qüslümü edim, namazımı qılım. Hələ hərəmin həyətinin qapıları açılmamışdı. Gördüm Ayətullah Mərəşi Nəcəfi həmişəki kimi hərəmə tərəf gedir. Amma o gecə yolunu döndərdi və küçənin bu tərəfinə keçərək mənim yanıma gəldi. Mənə çatıb, salam verdi. Sonra bir miqdar pul verərək dedi: Al, bu pulla get qüsl elə. Dedim: Baş üstə.

Ondan sonra qərara aldım ki, polis vəzifəsindən istefa verim və azad işlə məşğul olum. Belə də etdim. Allaha şükür olsun ki, indi vəziyyətim daha yaxşıdır.

http://sual.nur-az.com/az/
938 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41