Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2014

AİP bəyanat yaydı: Vicdan məhbuslarına qarşı qərəzə son qoyulsun

Azərbaycan İslam Partiyası Hacı Mövsüm Səmədovla bağlı Apellyasiya məhkəməsinin hökmünə kəskin etiraz bildirərək bununla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

Dünən (noyabrın 24-də) apellyasiya məhkəməsində AİP sədri hacı Mövsüm Səmədovun Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsindən iki il müddətinə qapalı tipli həbsxanaya köçürülməsinə dair məhkəmə hökmündən apellyasiya şikayətinə baxılıb. Məhkəmə baxışı 2011-ci ildən bəri M. Səmədov barədə aparılan istintaq və məhkəmə proseslərindən məzmun və mahiyyəyti etibarı ilə heç nədə fərqlənməyib. Hakim əvvəlki instansiyanın hökmünü heç bir əsaslı səbəb olmadan qüvvədə saxlayıb.

Bu hökmün sifariş əsasında verilməsinə şübhə etməyən Mövsüm tərəfdarları məhkəmə zalından başlayaraq, bu ədalətsiz hökmə qarşı öz etiraz səslərini ölkə ictimaiyyətinə, beynəlxalq qurumlara çatdırmağa çalışırlar. İctimai proseslərə, siyasi avanturaya, ədalətsizliyə, qanunsuzluğa, ayrı-ayrı insanların, bütövlükdə cəmiyyətin təməl haqlarının şəxsi hakimiyyət maraqlarına və onun mənimsənilməsi proseslərinə qurban verilməsinə qarşı çıxan inanclılara divan tutulması, xalqa xəyanətdən başqa bir şey deyil.

Azərbaycan İslam Partiyası baş verənlərə, siyasi sifarişlə günahsız insanların incidilməsinə, azadlıq hüquqlarına təcavüz və qəsdlərə kəskin etirazını bildirir, cəmiyyəti radikal addımlar atmağa təhrik edən haqsızlılğın son həddə qədər çatdırılmasını xalqa düşmənçilik kimi qiymətləndirir.

Hesab edirik ki, Qərb dairələrinin, İslamın düşməni olan dünya sionizminin Azərbaycanda hədəf proqramının tərkib hissəsi olan İslam Partiyasına, bütövlükdə bu siyasi və mənəvi ideyanın daşıyıcıları olan dini cameəyə qarşı savaşı baş verən olaylarda özünü göstərməkdədir.

Biz Azərbaycan hakimiyyətindən bu haqsızlığı dayandırmağı, vicdan məhbuslarına qarşı qərəzə son qoymağı, ölkənin vətənpərvər övladlarını özlərinin konyektur maraqlarına satmamağı, xalqımızın sağlam mənəvi gələcəyini düşünərək geri çəkilmələrini tələb edirik.

Bir daha bəyan edirik ki, haqq qalib gələcək, günahsız insanları həbsxanalarda çürüməyə məhkum edənlər cəzalarına çatacaqlar.

AİP Mətbuat Xidməti 25.11.2014

/Islaminsesi/
916 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11