Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2014

Leyla Yunus ilin sonunadək yaşamayacağını bildirib

Bu ilin iyulundan həbsdə olan hüquq müdafiəçisi 13 kilo arıqlayıb

Hazırda həbsdə olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun səhhətində olan problemlər onun həyatı baxımından təhlükəli hala gəlib. Şəkər xəstəliyindən əziyyət çəkən hüquq müdafiəçisi 13 kilo arıqlayıb və günbəgün xəstəliyi ağırlaşmaqdadır.

Noyabrın 24-də 1 saylı Bakı İstintaq Təcridxanasında Leyla Yunusla görüşən vəkil Elçin Qəmbərov hüquq müdafiəçisinin səhhətinin ağır olması xəbərini təsdiqləyib. Görüşdən sonra vəkil açıqlamasında bunları deyib:

“Həbs edildiyi gün onun çəkisi 61 kiloqram idi, indi isə 48 kiloqramdır. Normal yeyə bilmir, gücdən düşüb, boğazındakı ağrılar normal yeməyə imkan vermir, yedikdən sonra qusur. O, həmçinin görüşümüz zamanı ilin sonuna qədər yaşamayacağını dedi. Vəkil Ramiz Məmmədov istintaq təcridxanasına Leyla Yunusun analizlərinin nəticələri haqqında məlumat verilməsi üçün rəsmi sorğu təqdim edib. Lakin istintaq təcridxanasının rəhbərliyi bu sorğunu qeydiyyata almaqdan imtina edib. Bu da birbaşa qanun pozuntusudur".

Hüquq müdafiəçisinin qızı Dinara Yunusova da anasının səhhətində yaranan problemlərlə bağlı öz narahatçılığını dilə gətirib.

Qeyd edək ki, Leyla Yunus bu ilin iyulunda həbs edilib. O, dövlətə xəyanətdə ittiham olunur. /musavat/
903 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:22