Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2014

Ferqüsondan canlı yayım olacaq

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Sent Luis şəhərinin Ferqüson bölgəsində polisin afroamerikalı gənci öldürməsi ilə əlaqədar məhkəmənin verdiyi qərara qarşı etiraz dalğası böyüməkdədir.

Bu il avqustun 9-da Missuri ştatının Ferqüson şəhərində Darren Uilson adlı polisin qaradərili gənc Maykl Braunu vuraraq öldürməsi ilə bağlı Andlılar Məhkəməsinin verdiyi qərar ölkənin bir çox şəhərlərində əhalini ayağa qaldırıb.

Maykl Braunun vurularaq öldürülməsindən sonra başlayan hadisələri foto və videolarla xəbər olaraq yayan Türkiyənin “Anadolu” Agentliyi (“Anadolu” Ajansı - AA) bu gün Bakı vaxtı ilə 08:00-dan etibarən bölgədə yaşananları canlı olaraq öz abunəçilərinə çatdıracaq.

Xatırladaq ki, Amerikanın beynəlxalq xəbər kanalı “CNN” telekanalı da ötən ilin dekabr ayında İstanbulda baş verən “Gəzi parkı” hadisələrini canlı olaraq yayımlamışdı./ans/
948 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı