Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2014

Şeyx İran QMİ-yə baş çəkdi (FOTO)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri İrana səfəri çərçivəsində QMİ-nin İrandakı nümayəndəliyinə baş çəkib.

QMİ mətbuat mərkəzindən ans-ə daxil olan məlumata görə, qurumun İrandakı səlahiyyətli nümayəndəsi Hacı Şamil Rəsulova öz müvafiq göstərişlərini verən Şeyxülislam həzrətləri gələcəkdə nümayəndəliyin fəaliyyətinin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb və işində uğurlar arzulayıb.



QMİ-nin İrandakı nümayəndəliyində keçirilən görüşdə Şeyxülislam Allahşükür Paşazadə həzrətlərini QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, QMİ-nin Elmi-Dini Şurasının sədri, Akademik Vasim Məmmədəliyev, QMİ-nin Nəşriyyat şöbəsinin müdir müavini, Video-elektron bölməsinin rəhbəri Elşən Mustafayev, QMİ-nin Fətva şöbəsinin əməkdaşı Mircəfər Əyyubov, QMİ Sədrinin səlahiyyətli nümayəndəsi, "Məşhədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli, QMİ-nin əməkdaşı Həmid Bağırov, habelə Azərbaycanın İrandakı səfirliyinin birinci katibi Rəşadət Babayev və ikinci katibi Tariyel İsmayılov müşayiət ediblər.

Daha sonra Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin başçılıq etdiyi nümayəndə heyəti Qum şəhərində İmam Rzanın (ə) bacısı Xanım Məsumənin (ə) ziyarətgah kompleksini ziyarət ediblər.
1148 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<