Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2014

3 növdə Putin: Acı, normal, şirin - Foto

Rusiya Prezidenti Vladimir Putinin adını daşıyan şokoladlar hazırlanıb.

Sürpriz şokoladlar öncə Novosibirsk şəhərində satışa çıxarılıb. Daha sonra şokoladın adı bütün Rusiyaya yayılaraq Sankt-Peterburq, Barnaul və Yekaterinburqda satışa qoyulub.

Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, "Prezident. Yaxşı qəlbli insan" adlı şokoladlar Sankt-Peterburqda yerləşən "Shokobosk" şirniyyat fabrikində istehsal olunub.

Şirkətin internet səhifəsində yer alan məlumatlarda bu şokoladları alan insanların ölkə iqtisadiyyatına böyük dəstək verəcəyi qeyd olunur.

Putin şokoladlarının qiyməti 150-200 rubl, yəni 2,5-3,30 AZN arasında dəyişir. Şokoladlar 3 növdə istehsal olunur: Acı, normal, şirin.

Xatırladaq ki, Putinin Mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl verdiyi açıqlamada dövlət başçısının öz adının ticariləşməsini qəbul etmədiyini açıqlamışdı: “Putin özü də İTAR-TASS-a verdiyi son müsahibəsində bunu bir daha göstərdi. Ancaq istehsalçılar Putinin əksi olan köynək, çanta və şokolad istehsalını davam etdirir”.



/axar/

1173 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13: