Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2014

Hizbullah öz üzvünü terrorçulardan azad etdi

Əl-Mənar kanalı məlumat verib: Livanda İslam müqaviməti təşkilatı olan Hizbullah bəyanat yayıb: Allah-taalanın tövfiqi ilə girov götürmüş tərəflə bir neçə həftəlik danışıqdan sonra, Hizbullahın əsirliyində olan iki terrorçunu azad etmək qarşılığında İmad Eyd azad edildi.
Nur-az.com-un əl-Aləm-ə istinadlı məlumatına əsasən, İmad Eyd əhali və Hizbullah rəsmilərinin qarşılaması ilə Beyrutdakı evinə dönüb.
Hizbullahın icra şurasının rəisi Şeyx Nəbil Qavuq Hizbullah lideri Seyid Həsən Nəsrullahın salamını İmad Eyd və onun ailəsinə çatdırıb və deyib: Bizim sevincimiz terrorçuların əsirliyində olan bütün Hizbullah döyüşçülərinin azad ediləcəyi zaman kamil olacaq.
981 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP