Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2014

ABŞ-da kütləvi həbslər davam edir

ABŞ-ın Kaliforniya ştatında polis tərəfindən qaradərili yeniyetmə Ferqüsson şəhərində Maykl Braunun öldürülməsi ilə bağlı keçirilən aksiyalar zamanı ən azı 43 nəfər saxlanılıb.

Bu barədə “Reuters” xəbər verir.

Həbslər Oklend şəhəri yaxınlığında həyata keçirilib. Polis saxlanılan şəxsləri hüququ mühafizə orqanlarına ittiham etməkdə ittiham olunur.

Qeyd edək ki, ötən gün ABŞ-ın Ferqüsson şəhərində baş verən toqquşmalar zamanı həbs olunan şəxslərin sayı 80 nəfərə çatıb.

Bununla da, iki gündə həbs olunan şəxslərin sayı ümumilikdə 123 nəfərə çatıb.

Missuri ştatının qubernatoru Cey Nikson Ferqüssona Milli Qvardiyanın yeridilməsi ilə bağlı əmr verib.

Məlumata əsasən şəhərdə toqquşmalar böyük jürinin qaradərili yeniyetməni öldürən polis əməkdaşını məhkəməyə cəlb etməmək qərarından sonra başlayıb.

Xatırladaq ki, bu ilin avqust ayının 9-da qaradərili Maykl Braun mağazanı qarət edərkən ağdərili polisin açdığı atəş nəticəsində həlak olub. Daha dəqiqi, Braun mağazadan bir qutu siqar götürüb və pulu verməyib, satıcıya kobudluq edərək gedib. Bu, mağazadakı kameranın çəkdiyi kadrlardan da görünür./azvision/
999 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi