Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2014

Taleh Bağırov karserdən çıxıb, ardınca Abgül Süleymanov cəzalandırılıb

Vəkil Cavad Cavadov noyabrın 25-də məhbus ilahiyyatçılar Taleh Bağırov və Abgül Süleymanovla görüşüb. Vəkil “Feysbuk” səhifəsində yazır: “Bir müddət əvvəl 12 saylı Cəzaçəkmə Müəssisəsində karserə salınan Taleh Bağırov artıq oradan çıxarılıb. Amma ciddi nəzarət altındadır. Məncə, onun yaxınları ilə telefon əlaqəsi saxlaması və görüşməsində problem olmamalıdır. Həm də ümid edirəm ki, bundan sonra ona qarşı intizam tədbirləri olmayacaq”.

Vəkil bildirir ki, 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Abgül Süleymanov karserə salınıb.

Taleh Bağırov ötən il martın 31-də tutulub, şərlənərək narkotik vasitə saxlamada təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib. Bu il avqustun 13-də Taleh Bağırovdan mobil telefon tapıldığına görə məhkəmə cəza müddətinə 4 ay da əlavə edib.

Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub, şərlənərək 11 il müddətinə azadlıqdan məhrum edilib. O, dini nifrət və düşmənçiliyin salınmasında, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə, qanunsuz silah və narkotik saxlamada təqsirli bilinib./mediaforum/
1116 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17