Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2014

AXCP üzvü həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Asif Yusifli həbs edilib.

Bu barədə AXCP sədrinin müşaviri Məmməd İbrahim məlumat verib.

O qeyd edib ki, A. Yusifli Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri saxtalaşdırma) və 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün Nərimanov Rayon Məhkəməsində A. Yusifli təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib./apa/
1191 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
Go to TOP