Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2014

Səxavət Əlisoydan Arif Hacılıya xəbərdarlıq

"Tərəfdarların səni tərk edəcək"

“Məni Müsavat Partiyasından çıxarsalar da, bu təşkilata üzv olan yaxın dostlarıma, qohumlarıma, tərəfdarlarıma onların da bu partiyanı tərk etmələri üçün müraciət etməmişəm”. Bunu Modern.az saytına açıqlamasında Müsavat Partiyasının başqanlığa keçmiş namizədi Səxavət Əlisoy deyib.

Onun fikrincə, tərəfdarlarının Müsavat Partiyasından çıxması haqqında qərarı özləri verə bilərlər. Səxavət Əlisoy bildirib ki, Müsavat Partiyasının bir neçə rayon təşkilatının sədri Arif Hacılının apardığı siyasətə qarşı etiraz bəyanatı vermək istəyirlər:

“Lakin biz onları bu addımı atmaqdan hələlik saxlamışıq. Çünki Arif Hacılıdan narazıların yaxın zamanlarda çox ciddi açıqlamaları və bəyanatları olacaq. Mən və Qubad İbadoğlu bununla bağlı çox ciddi müzakirələr aparırıq”. Səxavət Əlisoyun sözlərinə görə, yaxın günlərdə Müsavat rəhbərliyindən narazılar nə edəcəkləri, hansı addımlar atacağı barədə açıqlama verəcəklər Başqanlığa keçmiş namizəd tərəfdarlarının Adil Qeybulla ilə yaratdığı “Siyasi Dialoq və İslahatlar Mərkəzi”nə gələcəyi anonsunu da verib:


“Mümkündür ki, dostlarımız elə burda da fəaliyyətlərini davam etdirsin”. Səxavət Əlisoy onu da bildirib ki, Müsavat başqanı Arif Hacılının tərəfdarları da bir müddətdən sonra ona qarşı çıxacaq: “Artıq onun tərəfdarlarının eyforiyası da azalır. Deyəsən, onlar Müsavatda baş verən proseslərin ciddiliyini anlamağa başlayırlar. Bu da növbəti istefaların qaçılmaz olduğunu göstərir”.
1095 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:19
30 noyabrda g