Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2014

Kütləvi etirazlar bütün ABŞ-ı ağuşuna aldı

ABŞ-ın 37 ştatında etiraz aksiyaları keçirilir

Hakimlər kollegiyasının Ferqüson şəhərində 18 yaşlı Afrika əsilli gənci güllələyən ağdərili polisi bəraət verməsi ilə əlaqədar ABŞ-dakı etiraz aksiyaları davam edir. Tia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ferqüsson şəhərindən başlayan etiraz dalğası artıq ABŞ-ın bir çox ştatlarına yayılıb. Etirazçılar Sent-Luisin mərkəzi küçələrini və şəhəri İllinoys ştatı ilə birləşdirən Missisipi çayı üzərindəki körpünü bir neçə saatlıq bağlayıblar.
Nyu-Yorkun Tayms-Skver meydanına toplaşan minlərlə nümayişçi isə Manhetten və Bruklin rayonlarını birləşdirən körpüdə hərəkəti müvəqqəti dayandırmağa nail olub. Qəzəblənmiş kütlənin Qudzon çayının altından keçən və Nyu-Yorku Nyu-Cersi ştatı ilə bağlayan avtomobil tunelini bağlayacağından ehtiyat edən şəhər polisi yüksək hazırlıq vəziyyətinə gətirilib.
İrimiqyaslı etiraz dalğaları, həmçinin Çikaqo, Filadelfiya, Atlanta, Los-Anceles, San-Fransisko kimi şəhərləri və ümumilikdə 50 ştatdan 37-sini bürüyüb.
Ölkənin paytaxtı Vaşinqton da etiraz aksiyalarından kənarda qalmayıb. Şəhərin polis idarəsi qarşısında yerə uzanaraq ölmüş insan görkəmi alan nümayişçilərin sinələrində “Qaradərililərin də həyatı önəmlidir” şüarı yazılan plakatlar olub.
Hadisələrin başladığı Ferqüson şəhərində isə vəziyyət bir qədər sakitləşsə də, aksiyaların yeni qüvvə ilə qızışacağı istisna olunmur. Missuri ştatının qubernatoru Cey Nikson şəhərə Milli qvardiyanın əlavə bir neçə yüz əsgərinin göndərilməsi tapşırığından sonra burada asayişi 2200 hərbçi qoruyacaq. Şəhərdə artıq 80-dən çox nümayişçi həbs edilib.
1108 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat