Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2014

Məhbus ailələri prezidentə müraciət etdilər

Vicdan məhbuslarının ailələri tərəfindən yazılmış etiraz bəyanatı ölkə prezidentinə, ictimaiyyətə, güc və təhlükəsizlik strukturlarının rəhbərlərinə, səfirliklərə, beynəlxalq təşkilatlara ünvanlanıb. Vicdan məhbuslarının bu bəyanatını həyəcansız oxumaq mümkün deyil. Məhkumların yaxınları diqqəti din alimlərinin əsassız bəhanələrlə təcrid olunmasına, onlara qarşı müxtəlif təzyiq və işgəncələrin tətbiq edilməsinə, sağlamlıqlarına və həyatlarına qarşı mövcud təhlükəyə yönəltməyə çalışıblar.

Məhbus ailələrinin etiraz bəyanatının surəti Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, ədliyyə naziri Fikrət Məmmədova, baş prokuror Zakir Qaralova, penitensiar xidmətinrəisi Mədət Quliyevə, Almaniya, Rusiya, Böyük Britaniya səfriliklərinə, ATƏT-in Bakı ofisinə, Türkiyə və İran səfirliklərinə göndərilib.

Bəyanatda deyilir:

Bismillahir Rəhmanir Rəhim

Artıq bir neçə ildir ki, qondarma ittihamlarla şərlənərək azadlıqdan məhrum edilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müxtəlif Cəzaçəkmə Müəssisələrində saxlanılan Hacı Mövsüm Səmədova, Hacı Abgül Süleymanova və həmçinin Hacı Taleh Bağırova qarşı zorakılıq əməlləri törədilir. Bu din alimlərini əsassız bəhanələrlə karsa salır və müxtəlif növ təzyiqlərlə, işgəncələrə məruz qoyurlar. Onların sağlamlığına və həyatına qarşı yönələn real təhlükələr son həddə çatmışdır.

Məlum olduğu kimi, dəyərli ilahiyyatçı alimlərimiz olan Hacı Mövsüm Səmədov 2011-ci ilin yanvar ayının 7-də həbs olunaraq 12 il müddətinə, Hacı Abgül Süleymanov 2011-ci ilin avqust ayının 11-də həbs olunaraq 11 il müddətinə, Hacı Taleh Bağırov 2013-cü ilin mart ayının 31-də həbs olunaraq 2 il müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilmişlər. Azərbaycan xalqının və müsəlman dünyasının bu tanınmış inanclı və dəyərli oğullarının öz əqidələrinə və ölkədəki haqsızlıqlara qarşı öz etiraz səslərini ucaltdıqlarına görə şərlənərək həbs olunmaları bizdə çox böyük təəssüf hissi yaradır və sağlam cəmiyyəti kədərləndirir. Özünü müsəlman sayanlar elmi, əxlaqı və ədəbi ilə xalqının içində sayılıb-seçilən və sevilən, islami dəyərləri təbliğ edən, haqq və ədalət uğrunda mübarizə yolunda öz azadlığından belə keçən bu şəxslərə qarşı qərəzli rəftar etməməlidirlər. Çünki belələri heç zaman ədalətli sayıla bilməzlər. Onlar bilməlidirlər ki, məzlumiyyətdə, zindanda, sürgündə olmalarına baxmayaraq haqq tərəfdarları, iman əhli həmişə qalib və izzətlidir. Kərbəla məktəbi bunu sübut edən müqəddəs məktəbdir. Bəli, ona görə də əsl müsəlmanların şuarı hər gün Aşura və hər yer Kərbəladır. Necə ki, Qurani Kərim buyurur: «Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qayıdacaqlar» (Şüəra surəsi 227).

Biz, bu gün haqsız yerə məhbus həyatı yaşayan inanc sahiblərinin ailələri və onlarla həmrəy olan dindarlar, habelə AİP Qadınlar Şurası, «Əsgər analarına dəstək» İB-yi, «Fatimə» qadın heyəti, «Nərgiz» qadınlar cəmiyyəti, AİP gənclər təşkilatı, «Ruqəyyə» qadın icması, «Zeynəbiyyun» qadınlar cəmiyyəti, «İffət» qadınlar cəmiyyəti və digər təşkilatlarin rəhbər və nümayəndələri bu günahsız insanlara, hicab məhbuslarına qarşı son zamanlar yönələn təzyiqlərə kəskin etirazımızı bildiririk. Yadınıza dövlətin ali məqsədi olan və Konstitusiyamızın 12-ci maddəsində təsbit olunan insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasını, həmçinin Qanunun hər kəsin vicdan və əqidə azadlığının olduğunu göstərən 48-ci maddəsini, insan haqq və hüquqlarına dair razılaşdırılmış beynəlxalq konvensiyaların müvafiq maddələrini salmaq istəyirik. Fəxarətlə dediyiniz hüquqi dövlətdə vətəndaşlar mövcud nöqsanları dilə gətirmək, haqq sözünü deməklə azadlıqdan məhrum edilməməlidirlər. Biz günahsız insanların hüquqları uğrunda mübarizəmizi davam etdirməklə tələb edirik:

Hacı Mövsüm Səmədova, Hacı Abgül Süleymanova və Hacı Taleh Bağırova, habelə adları çəkilməyən başqa günahsız məhbus dindarlara qarşı zorakılıqlara və repressiyalara son qoyulsun.

Onlara qarşı irəli sürülən saxta ittihamlar üzərlərindən götürülməklə azadlıq hüquqları bərpa edilsin.
Din alimlərini qərəzli və qanunsuz şəkildə ittiham edənlər cəzalandırılsın.
Ölkəmizdə əqidəsinə görə həbslərin baş verməsinə beynəlxalq hüquq təşkilatları təcili reaksiya versin.

İslam dininin bilicilərinə, təbliğatçılarına qarşı aparılan planlı və dünya seonizminin sifarişli represiyalarına görə müsəlman dünyası, İslam alimləri, İslam dininin təəssübkeşləri, müsəlman ölkələrin rəhbərləri ciddi narahatçılıq keçirməli, bu fəsadları törədənlərə adekvat cavab verməli, konkret tədbirlər görməlidirlər./İslaminsesi/

1248 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08