Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2014

Saakaşvili: "Gürcüstan Azərbaycanı blokadaya salır"

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bildirib ki, rəsmi Tiflis regionda əsas müttəfiqi olan Azərbaycanı blokadaya salır.

"Rustavi 2" telekanalının efirində çıxış edən Saakaşvili rəsmi Tiflisin keçmiş baş nazir Niki Qilaurinin Ukraynanın biznes ombudsmeni təyin olunmasına törətdiyi maneçilikdən danışıb: "Nika Qilauri Ukraynanın biznes ombudsmeni təyin olunurdu. Bu, Avropa Bankının layihəsi idi. Gürcüstan hökuməti nota verdi. Bəyan etdi ki, əgər Qilauri Ukraynanın ən vacib vəzifələrindən birinə təyin edilərsə, Gürcüstan hökuməti Avropa Bankı ilə əməkdaşlığı dayandıracaq. Onlar birbaşa bizi Azərbaycandan, Ukraynadan ayırırlar. Abxaziyadan dəmir yolunun açılması regionda əsas müttəfiqimiz olan Azərbaycana blokada elan etməkdən başqa bir şey deyil", - deyə eks-prezident vurğulayıb./ans/
1358 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber