Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2014

QAT bəyanat yaydı: Hacı Mövsüm Səmədov və digər məhbuslara azadlıq

Hacı Mövsüm Səmədov Azərbaycan ictimai-siyasi həyatında ciddi rol oynamış, Azərbaycanın maraqlarına bağlı olan, Qarabağ məsələsini daim gündəmdə saxlayan fədakar insanlardan biridir

Qarabağ Azadlıq Təşkilatı həbsdə olan siyasi məhbuslarla bağlı bəyanat yayaraq, İslam partiyasının sədri Hacı Mövsüm Səmədov, Sülh və Demokratiya İnstutunun direktoru Leyla Yunus, tanınmış hüquq müdafiəçisi İntiqam Əliyev, jurnalist Rauf Mirqədirovun səhhətlərində yaranmış problemlərlə bağlı ciddi narahatlıq ifadə edib.



Bəyanatda deyilir:

-Biz bu adamların işləri ilə bağlı hüquq-mühafizə orqanlarının fəaliyyətinə müdaxilə etmək istəmirik. Lakin onların sağlamlığına, həyatlarına təhlükə varsa, bu məsələ hökmən nəzərə alınmalıdır. Hacı Mövsüm Səmədov Azərbaycan ictimai-siyasi həyatında ciddi rol oynayan, Azərbaycanın maraqlarına bağlı olan, Qarabağ məsələsini daim gündəmdə saxlayan fədakar insanlardan biridir. Sözü gedən digər şəxslərin də xidmətləri az olmayıb. Bu insanların Vətən, millət, demokratiyanın inkişafındakı xidmətləri nəzərə alınmalıdır. Biz bu şəxslərlə bağlı araşdırmalara bir daha yenidən baxılmasını, sağlamlıq durumlarının nəzərə alınmasını, həbsdən azadlığa buraxılmaları üçün qanun çərçivəsində müvafiq addımların atılmasını tələb edirik. Onlar Azərbaycan üçün azadlıqda daha çox xeyir verə bilərlər.
1624 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber