Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2014

Saatlıda təhsil bazarı

Qarabağ əlili ali təhsilli həyat yoldaşını işə düzəldə bilmir, icra başçısının rayon camaatına allergiyası var, təhsil şöbəsinin müdiri isə 1000 manat pul istəyir

Saatlı təhsilində durumun ağır olduğu və savadlı kadrlara deyil, pulu olanlara yer verildiyi deyilir. Rayonun Mollaavazlı kənd sakini, Qarabağ müharibəsi veteranı Zaur Əliyev ali təhsilli, pedaqoji təcrübəsi olan həyat yoldaşınsa Saatlı Təhsil Şöbəsindən iş ala bilmir.

Qeyd edək ki, Zaur Əliyev Ağdam döyüşlərində yaralanıb və bundan sonra onun görmə qabiliyyəti zəifləməyə bağlayıb. Hazırda 2-ci qrup əlildir və 18 manat müavinət alır. Ailə üzvlərinin sayı isə 4-dür. O hesab edir ki, hıyat yoldaşı müəllimə kimi işləyərsə, onun da ailə büdcəsinə qatqısı olar. “Həyat yoldaşım Təfəkkür Universitetinin Filalogiya fakultəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb. Ailə qurmamışdan əvvəl rayonun Əhmədbəyli kənd məktəbində laborant və dərnək rəhbəri vəzifəsində işləyib. Ailə qurduqdan sonra, eşitdik ki, rayon təhsil şöbəsinin müdürü Şamil Nurəliyev xəbərdarlıq etmədən, sorğu-sualsız onu işdən çıxardıb. Yerinə isə təhsili olmayan şəxsi təyin edib. Əlbəttə ki, 1000 manat pulun müqabilində”.

Qarabağ veteranı qeyd edir ki, həyat yoldaşını işə bərpa etmək üçün çox çalışıb. Hətta icra başçısı Siraqəddin Cabbarovun qəbuluna belə gedib. “İcra başçısının qəbuluna düşmək istədim. Dedilər ki, onun rayon sakinlərinə qarşı allergiyası var. Ətrafındakılardan, idarə müdürlərindən və pullu iş adamlarından başqa heç kimi görmək istəmir. Humanitar məsələlər üzrə müavini Reyhan Ocaqova ilə görüşdü. Bircə kəlmə mənə cavabı o oldu ki, boş yer yoxdur. Doğrusu Reyhan xanımdan yaxşı heç nə gözləmirdim. Çünki onlara pulu olan savadsız, yaltaq kadırlar lazımdır”.

Zaur Əliyev deyir ki, təhsil şöbəsinin müdiri Şamil Nurəliyev rayon təhsilini kalxoz bazarına çevirib. “Direktorların hamısından faiz alır. Müəllim işləmək 1000 manatdır. Dərs saatı almağın ayrı xərci var. Mənim pulum yoxdur deyə həyat yoldaşım müəllimə işləyə bilmir”./jam.az/
1295 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42