Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

Minik avtomobili avtobusla toqquşdu: 1 ölü, 3 yaralı

Sumqayıtda ağır yol nəqliyyat hadisəsi baş verib.

Sərnişin avtobusu ilə minik maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Hadisə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində baş verib. Belə ki, 47 yaşlı sürücü Vüqar Zeynalovun idarə etdiyi "Tofaş" markalı 10 TN 696 dövlət nömrə nişanlı minik maşını ilə qarşı tərəfdən gələn 30 saylı "Daewoo" markalı 50 AD 791 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub. Nəticədə "Tofaş" markalı minik avtomobilində olan sərnişin Rafiq Əhmədov aldığı xəsarətlərdən dünyasını dəyişib. 3 nəfər isə, ağır vəziyyətdə Sumqayıt şəhər Xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb.

Hadisənin “Tofaş” markalı avtomobilin sərnişin avtobusunun yoluna çıxması nəticəsində baş verdiyi bildirilir./apa/
1309 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 09:54