Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

Nyu-Cersidə fövqəladə vəziyyət elan edildi

ABŞ-da Nyu-Cersi ştatının qubernatoru Kris Kristi güclü qara görə fövqəladə vəziyyət elan edib.

İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, ABŞ-ın şimali-şərq ştatlarında tüğyan edən güclü qar hazırda on minlərlə insanı elektrik enerjisiz qoyub.

Bəzi şəhərlərdə yağıntılara görə məktəblər bağlanıb. Yolların buz bağlaması çoxsaylı xırda yol qəzaları ilə nəticələnib, 600-dən çox aviareys təxirə salınıb. Meteoroloqların proqnozlarına əsasən, ABŞ-ın şərq hissəsində qeyri-sabit hava hələ bir neçə gün davam edəcək.
1290 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək