Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

Rusiya Krımda qüvvətlənir

Rusiya hökuməti Krımda hərbi gücünü artırır. Ötən gün ölkənin Hərbi Hava Qüvvələri Krıma 14 ədəd döyüş qırıcıları göndərib. Qırıclar Belbek aviabazasına yerləşdirilib. Rəsmi Moskva bildirib ki, bu tədbir yarımadada Rusiyanın təhlükəsizlik maraqlarını təmin etmək üçün vacib olub.

NATO-nun Avropadakı baş komandiri general Filip Bridlav məsələyə dair münasibətində qeyd edib ki, Rusiyanın Ukraynada işğallar həyata keçirmək üçün bu ölkə sərhədlərində kifayət qədər qoşunlar var. Bridlav Rusiyanın Ukraynada siyasi proseslərə təsir etmək məqsədilə hərbi gücünüdən istifadə etdiyini bildirib.

Filip Bridlav: “Dəqiq rəqəmlər barədə bir şey deyə bilmərik, lakin fakt budur ki, lazım gələrsə, Rusiya Ukraynaya qoşun yeridə bilər. Ukraynanın daxilində hələ də rusiyayönümlü separatçılara dəstək olan, onlara kömək edən rusların olduğunu müşahidə edirik. Regionda əsas narahatçılıqlardan biri odur ki, Rusiya separatçıların Ukraynaya rahat giriş-çıxış edə bilməsi, pul və silah-sursatın daşınması üçün geniş imkanlar yaradıb, sərhədləri açıq saxlayır”

Rəsmi Kiyev bir qədər əvvəl Rusiya tərəfdən Ukraynanın Donetsk və Luqansk vilayətində separatçılara yardım məqsədilə növbəti hərbi karvanın keçdiyini məruzə etmişdi.

Sözügedən vilayətlərdən döyüş xəbərləri də gəlib. Ukrayna müdafiə nazirliyi Donetskdə gedən atışmalar zamanı azı 2 hərbiçisinin öldüyünü, 2 nəfərin ağır yaralandığını bildirib.
1211 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28