Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

ABŞ-da Bələdiyyə binasına basqın

ABŞ-da qaradərili gənci qətlə yetirən polis əməkdaşının həbs olunmaması barədə məhkəmə qərarı ilə Sent Luis şəhərinin Ferqüson qəsəbəsindən başlayan etirazlar səngimək bilmir.

ABŞ-ın 170 şəhərində ayağa qalxan etirazçılarla polislər arasında qarşıdurmalar yaşanmaqdadır.

Məhkəmə qərarı ilə razılaşmayan etirazçılardan bir qrupu şəhərin bələdiyyə binasına girib. Onlar içəridəki işçilərə “Utanın, utanın” deyə şüarlar səsləndiriblər. Bu barədə “AP” xəbər yayıb.

Polisin mühakimə edilməsinə ehtiyac duyulmaması səbəbindən şəhərin bir çox yerlərində binalar, avtomobillər yandırılıb.

ABŞ-da bir sıra məşhurlar da qərara qarşı etiraz etmək üçün sosial şəbəkədən müraciətlər ünvanlayıb.
1127 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber