Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

İŞİD partiya lideri oğlunu öldürdü

Kürdistan Sosial Demokrat Partiyası sədrinin oğlu İŞİD tərəfindən öldürülüb.

Kürdistan Sosial Demokrat Partiyası sədri Məhəmməd Hacı Mahmudun oğlu Ata Məhəmməd İŞİD-lə baş verən qarşıdurmada dünyasını dəyişib.

Kərkükün 12 kilometr cənubunda yeləşən Tilver kəndində İŞİD terror qruplaşmasına qarşı əməliyyatlara başçılıq edən Ata Məhəmməd silahlılar tərəfindən öldürülüb. Partiya sədrinin 35 yaşlı oğlu 5 uşaq atası idi.

Bundan başqa, Mosul bəndi ətrafında yaranan qarşıdurmalarda ölən İŞİD üzvləri sayının 126-ya çatdığı bildirilir. Peşmərgə qüvvələri ölənlərdən 7-nin İŞİD-də rəhbər mövqeyində olduğunu iddia edir.

Qeyd edək ki, son günlər peşmərgə qüvvələri ilə İŞİD-çilər Mosul bəndi ətrafında, Zummar və Kərkükün cənubunda qızğın döyüşlər aparır./ans/
1556 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP