Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

Ailənin fəryadı: “Oğlumuz günahsız idi”

Bu il avqustun 9-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) Sent Luis şəhərinin Ferqüson qəsəbəsində qaradərili gənc Maykl Braunu vuraraq öldürən Darren Uilsonun günahsız sayılmasından sonra verdiyi açıqlama zərəçəkənin ailəsini hiddətləndirib.

ABŞ-ın “ABC” televiziyasına müsahibə verən Darrenin “vicdanım rahatdır” söyləməsi ailəni özündən çıxarıb.

Polis müsahibəsində əgər Braunu öldürməsə, özünün öldürüləcəyindən qorxduğunu və ağdərili də olsa, yenə eyni addımı atacağını bildirib.

ABŞ-ın “NBC” və “CBS” televiziyalarına açıqlama verən Braunun ailəsin isə polisin bu ifadələrini qeyri-etik qarşılayaraq, “o həmin sözlərlə yaramıza duz basdı” deyib.

“Polisin tək kəlməsinə belə inanmıram. Oğlumu yaxşı tanıyıram. O, heç vaxt belə hərəkət etməzdi. Heç kimi özünə qarşı əsəbiləşdirməzdi və onun kirli keçmişi yoxdur.” – deyə Mayklın anası Lesli MakSpeddn bildirib.

Ata Braun da polis işçisinin oğlu haqqında söylədiklərini dəlilik adlandırıb.

Qeyd edək ki, ABŞ-da qaradərili gənci qətlə yetirən polis əməkdaşının həbs olunmaması barədə məhkəmə qərarı ilə Ferquson şəhərindən başlayan etirazlar bütün ölkəyə yayılıb. İğtişaşlar paytaxt Vaşinqtona qədər çatıb.
1220 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber