Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

İŞİD tanınmış alimi hədələdi

İŞİD terror qruplaşması Türkiyənin tanınmış din alimi, oxuduğu moizələrdə İŞİD-ə qarşı fikirlər səsləndirən “Cübbəli Əhməd” ləqəbli Əhməd Mahmud Ünlünü hədələyib. Sosial şəbəkədə “Ebu Enes” nikli qruplaşma üzvü Cübbəli Əhmədi tövbə etməyə çağırıb.

“Ey sapıq insan, səni tövbə etməyə dəvət edirik. Doğru yola gəl. Belə getsə müşrik kimi öləcəksən”.

Xatırladaq ki, Cübbəli Əhməd bir çox moizələrində İŞİD qruplaşmasına üzv olanların müsəlman olmadıqlarını, cəhənəmlik olduqlarını səsləndirmişdi.

“Onlar və əməlləri barədə cihad, mücahid, şəhid deyə fikirləşməyin, yoxsa məhv olarsınız. O yolda ölsəniz məhv olarsınız. Bunlar xaricilərin davamıdır. Bunlar Həzrət Əlini (ə) öldürən xaricilərin davamçılarıdır. Bunlar təkfirçidir. Ən böyük xüsusiyyətləri, insanlarqa o dəqiqə “kafir” damğasını yapışdırmaqdır. Bunlar çox böyük namussuz və şərəfsizdirlər. Onlarda namus yoxdur. Millətin arvad-uşağını kəniz kimi görürlər. Biz mücahidik deyərək hər şey edirlər”.
1084 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:37