Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2013

Yanacaqla dolu yük maşını körpüdən aşdı

Bakıda yanacaqla dolu yük maşını körpüdən aşdı, yaralanan var
Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib. Apa xəbər verir ki, "Koroğlu" metro stansiyası yaxınlığındakı körpünün üzərində hərəkətdə olan "MAN" markalı yük maşını aşıb.

Sabunçu Rayon Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisəyə səbəb sürücünün sərxoş halda avtomaşını idarə etməsi olub. İdarəetməni itirən sürücü maşını əvvəlcə körpü üzərindəki elektrik dirəklərə çırpıb. Zərbənin təsirindən yük maşını aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb.

Avtomaşının yanacağı asfalta dağılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yola dağılan yanacaq yuyularaq təmizlənib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
1656 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49
Qar yağdı, Bakı