Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

Rusiya miqrantlara yaşıl işıq yandırdı

Rusiyada bir tərəfdən qanunsuz miqrantlara qarşı cəzaları artırır, digər tərəfdən isə hökumət qəbul etdiyi qərarla gələn ildən etibarən ölkəyə daha çox miqrantın gəlməsinə yaşıl işıq yandırıb. Yeni qanunla patent alan miqrantlar Rusiyada sərbəst işləyə biləcəklər.

Rusiya prezidenti Vladimir Putin xarici vətəndaşların ölkədə fəaliyyətinə dair federal qanunda yeni dəyişiklikləri nəzərdə tutan qanunu imzalayıb. Rusiyanın viza tətbiq etmədiyi ölkələrdən işçi qəbulunu məhdudlaşdıran kvotanı ləğv edən yeni qanuna görə, bir yanvar tarixindən etibarən bütün MDB vətəndaşları patent aldıqdan sonra bu ölkədə işləyə biləcəklər. Başlıca məqsədi ölkəyə daha çox miqrantın cəlb edilməsi və eləcə də Moskvada aylıq qiyməti 100 ABŞ dolları olan patent satışlarıyla ölkə büdcəsinə gəlir gətirmək olan bu qanunla həm də icazəsiz miqrantların da azaldılması nəzərdə tutulur.

Federal Miqrasiya Xidmətinin şöbə müdiri Sergey Temryakov dəyişiklikləri belə şərh etdi: "Bu qanun həm miqrantların, həm də onları işə qəbul edən iş adamlarının xeyrinədir. Belə ki, indiyədək xaricdən işçi alma hüququna təkcə şirkətlər sahibdi. Bu qanunla isə hər bir iş adamı vizasız ölkələrdən istədiyi qədər işçi gətirə biləcək. Bunun üçün sadəcə patent almaları kifayət edəcək”.

Federal Miqrasiya Xidmətinin rəsmisi Dmitriy Demidenko deyir ki, bu ganun heç də burda icazəsiz yaşayan miqrantlara kömək etməyəcək: “Yeni qanundan sadəcə Rusiyada qanuni yaşayan və burda cəzası olmayan miqrantlar istifadə edəcəklər. Ona görə mənim miqrantlara tövsiyəm budur ki, əgər qanunlarımızı pozmusunuzsa, ölkəni əvvəlcə tərk edin. Hər şeyə təmiz səhifədən başlamaq lazımdır”.

Rəsmi rəqəmlərə görə, bu gün Rusiyada üç milyon, qeyri-rəsmi rəqəmlərə görə isə 16 milyon icazəsiz miqrant işləyir./ans/
1263 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...