Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

ABŞ qarışdı

ABŞ-da qaradərili gənci qətlə yetirən polis əməkdaşının həbs olunmaması barədə məhkəmə qərarı ilə Ferquson şəhərindən başlayan etirazlar səngimək bilmir. İğtişaşlar artıq bütün ölkəyə yayılıb. İğtişaşlar paytaxt Vaşinqtona qədər gəlib çatıb.

Maykl Braunla bağlı Birləşmiş Ştatlatda başlayan etiraz aksiyası 2-ci gündə daha da genişlənb. Etirazlar demək olar ki, ölkənin Ferqusondan başqa, Nyu-York, Çikaqo, Los-Angles, Atlanta, Boston da daxil olmaqla 170 şəhərində yayılıb. Qərardan qəzəblənən kütlə bu şəhərlərdə yolları bağlayıb, körpülərə, tunellərə girişə icazə verməyib.

Aksiya iştirakçıları gecə saatlarında küçə boyu yürüş edərək, müxtəlif şüarlar səsləndiriblər. Etirazçılar sinələrində “qaradərili mövzusu hələ də gündəmdədir” yazısını yazıblar. “Onlar bizə heç bir ədalət vermədilər, biz də onlara sülh verməyəcəyik”, “irqçılık hələ də bitməyib” kimi süarlar səsləndiriblər.

18 yaşlı qaradərili yeniyetmənin agdərili polis tərəfindən öldürüləməsinin ədalətsiz olduğunu bildirən kütlə son hadisənin Birləşmiş Ştatlarda irqi ayrıseçkiliyi daha da qızışdırdığınl deyiblər.

Etirazçılar arasnda saxlanılanlar da olub.

Ən geniş aksiyalardan biri Nyu-Yorkda baş tutub. Polis etirazçılara müdaxil etməsə də, onların yürüşünü müşaiyət edib. Etirazçılar mərkəzi Times Squaredə toplaşıblar. Qərardan narazı insanlar Times Squarenin əsas küçələrini bağlayıblar. Polis isə qəzəbli kütləyə müdaxilə etməyib.

Bostonda toplaşan 1000-ə yaxın etirazçının yürüşünə isə polis mane olmağa çalışıb. Vəziyyətin gərginləşdiyni görən Missuri qubernatoru Jey Nikson Ferqusona ilkin olaraq göndərdiyi 700 nəfərlik Milli Qvardiyanın sayının 2200-ə qədər artırıb və ümid edir ki, onlar şəhərdə sabitliyi təmin etməyə kömək edəcəklər. Braunun ailə üzvləri isə Ferquson sakinlərini sakitliyə çağırıb.

Birləşmiş Ştatlar prezidenti Barak Obama da bir daha etirazçılara səslənib və binaların, maşınların və digər obyektlərin yandırılmasına görə aksiya iştirakçılarına iradını bildirib. Ağ Ev rəhbəri bu qərara görə çoxlarının təəssüfləndiyini anlayışla qarşıladığını, amma dağıntılar törənlərə heç bir rəğbət göstərmədiyini də vurğulayıb./ans/
1279 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:41