Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

ABŞ-da 400 nəfər həbs edilib

Reuters agentliyi xəbər verir ki, ABŞ-ın Missuri ştatının Fergyuzon şəhərində iğtişaşalrın 3-cü günündə şəhərin özündə və ətraf qəsəbələrdə 400 nəfər həbs edilib. Qaradərili gəncin ölümündə təqsirləndirilən polis işçisinin cinayət məsuliyyətinə məhkəmə tərəfindən xitam verilməsindən sonra başlanan etirazlar Birləşmiş Ştatların bir neçə başqa şəhərlərinə də yayılıb. Boston, Nyu York, Los Angeles, Dallas, Atlanta və başqa şəhərlərdə etiraz aksiyaları keçirilib.

ABŞ-ın baş prokuroru Eric Holder vətəndaş haqları fəalları ilə görüşündə vəd edib ki, Fergyuzon şəhərində polisin rəftarı və davranışı ciddi şəkildə araşdırılacaq. Əsasən qaradərili əhalinin yaşadığı Fergyuzon şəhərində kütləvi iğtişaşlar zamanı onlarca bina yandırılıb və qarət halları baş verib. Missuri qubernatoru Jay Nixon-un əmrilə Ferguzon və ətraf qəsəbələrdə daxili qoşunların 2200 əsgəri yerləşdirilib. Mətbuat yazır ki, ABŞ-da qaradərili vətəndaşlarla polisin münasibətləri artıq bir neçə onillikdir ziddiyyətlərə səbəb olur. Bir çox qaradərili vətəndaş polis tərəfindən zorakı rəftara məruz qaldığını düşünür.

Prezident Barack Obama bu barədə ölçülüb-biçilmiş bəyanat verərək bildirib ki, ABŞ-da azlıqlar və polisin münasibətlərində həllini gözləyən problemlər mövcuddur. Reuters agentliyi diqqəti belə bir məqama çəkir ki, Fergyuzonda baş verən hadisələrdən fürsətlənən Moskva Vaşinqtonu riyakarlıqda ittiham edir və bəyan edir ki, Amerika Rusiyaya insan haqlarından dərs deməməlidir. 2013-cü ildə Missuridə prokurorluq tərəfindən keçirilmiş təhqiqat göstərib ki, maşınları polis tərəfindən müxtəlif səbəblərə görə dayandırılan vətəndaşların 85 faizi qaradərilidir. Həmin hesabata görə polis bu ştatda qaradərili sakinləri iki dəfə artıq həbs edir. Amerika hökuməti təəssüflə bildirir ki, baş verən hadisələrin kökündə duran problemlər yalnız bir prezident tərəfindən onun qalan prezidentlik müddətində həll edilə bilməz.
1149 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber