Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

Cəbhədə gərginlik davam edir

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində son sutka ərzində atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Mərzili, Sarıcalı, Baş Qərvənd, Kəngərli, Novruzlu, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
1122 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP