Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

ABŞ-da polislər 14 gənci güllələdi

Ferqyuson faciəsindən bəri 3 ay ərzində ABŞ polisi 14 gənci qətlə yetirib.

Bu iddia ilə “Daily Beast” qəzeti çıxış edib.

Qəzet yazıb ki, ölüm hadisələri Luiziana, Missuri, Kaliforniya, Kanzas, Ohayo, Corciya, Texas, Oklaxoma və İllinoys ştatlarında baş verib.

Hazırda Ferqyuson şəhərində vəziyyət çox gərginləşib. Etirazçılar yenidən küçələrə axışaraq mağaza və maşınları yandırır, vitrinləri dağıdırlar.

Qeyd edək ki, avqust ayında 18 yaşlı qaradəriki Maykl Braun 2 polis əməkdaşı tərəfindən qətlə yetirilib. Etirazçıları da qəzbləndirən məhz bu ölüm faktı olub.
1192 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP