Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2013

Çindən tarixi qərar

Təkuşaqlılıq ləğv edildi

Çin Kommunist Partiyası (ÇKP) tərəfindən bu gün açıqlanan islahat qərarlarına görə, tək uşaq siyasətində dəyişikliklər ediləcək.

Rəsmi mətbuatın elan etdiyi dəyişikliyə görə, ata və ya ana ailənin tək övladı olubsa onların ikinci uşağı ola bilər.

Çin Xalq Respublikası 1980-ci ildə tək uşaq siyasətini tətbiq etməyə başlayıb. Dünyanın ən çox əhalisi olan ölkə tək uşaq siyasəti ilə əhalinin sürətli artımını qarşısını alsa da, həm də ciddi problemlərə də yol açıb.

Xüsusilə, oğlan uşaqlarının sayının çıxalması ölkədə əhali piramidasını pozmağa başlayıb. 2050-ci ildə ölkədə 60 yaşını keçənlərin əhalinin 31.1%-ni təşkil edəcəyi təxmin edilir.

Çin Kommunist Partiyasının 373 nəfərlik elitası keçən həftə sonu təşkil etdiyi qapalı yığıncaqda ölkənin qarşı-qarşıya qaldığı əsas problemləri ələ alıb və mükəmməl islahat layihəsi haqqında danışıqlar aparıb.
1840 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber