Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

Sina yarımadasında Misir hərbiçiləri qəfil hücuma məruz qalıb, 3 ölü

Dünən Misirin Sina yarımadasında naməlum silahlılar Misir ordusunun iki əsgərini və bir polkovnikini güllələyiblər. Hərbiçilər hadisə yerində həlak olublar.

İnterAz-ın "əl-Ərəbiyyə"-yə istinadən məlumatına görə, hərbiçilər hərbi avtomobillə Sina əyalətinin mərkəzi əl-Ariş şəhərinə tərəf hərəkətdə olarkən digər bir avtomobildə olan silahlı şəxslərin avtomat silahla hücumuna məruz qalıblar. Bu barədə məlumatın Misirin müdafiə nazirliyi yayıb.

Bildirək ki, bir neçə gün öncə də, rayonun girişində yol kənarında quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində iki polis əməkdaşı həyatını itirmişdi.

Misir ordusu Sina yarımadasında çoxlu hərbiçi və polis əməkdaşını öldürmüş silahlı qruplaşmalara qarşı hərbi əməliyyatlar keçirir. Hələ, oktyabrın 24-də əl-Ariş yaxınlığındakı kamikadze hücumunda ordunun azı 30 hərbçisi həlak olmuşdu. Bundan sonra, Misir hökuməti ərazidə fövqəladə vəziyyət elan etmiş və ekstremist qruplara qarşı hərbi əməliyyatlara başlamışdı.

Silahlı qruplar bu hücumlarını Misir hökumətinə cavab olaraq həyata keçirdiklərini bildirir.
1165 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39