Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

“Biz irqçi dövlətdə yaşadığımızı hiss edirik”

Maykl Braunun valideynləri bildiriblər ki, onlar oğullarının qatilinin heç bir cinayət məsuliyyətinə cəlb edilməməsindən dəhşətə gəliblər.

Onlar üç gün əvvəl Sent-Luis əyalətinin prokurorunun 18 yaşlı afroamerikalı M. Braunu öldürən ağdərili polis zabitinin heç bir cinayət məsuliyyətinə cəlb edilməməsini elan etməsinə münasibət bildirirkən qeyd ediblər ki, prokurorun bu qərarından sonra biz rasist (irqçi) dövlətdə yaşadığımızı hiss edirik.

"Biz sadəcə dəyişiklik istəyirik, oğlumuzun ölümü üzərindən belə keçə bilmərik. Biz bütünlüklə dəyişiklik istəyirik” – deyə M. Braunun atası bildirib.

Ancaq ağdərili polis zabiti Vilson qeyd edib ki, "mənim vicdanım təmizdir, çünki mən haqlı olduğuna inandığım işi etmişəm”.

M. Braunun anası Lesli Makspadden isə bildirib ki, "oğlumun qatilinin vicdanı necə təmiz ola bilər? Siz ki bunu bilərəkdən etmisiz. Mənim oğlum bir polisi özünə atəş açmağa təhrik edəcək birisi deyildi.”
1351 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber